Xalq arasında tətbiq olunan alternativ tibbin ən populyarı banka qoymaqdır.
Qeyd edək ki, banka qoymağa daha çox yaşlı nəslin nümayəndələri üstünlük verir. Hətta azyaşlı uşaqlara da banka qoyurlar.
Görəsən banka qoymaq həqiqətənmi faydalıdırmı?
Tibb elmləri doktoru, professor Adil Qeybulla Hit.az-a deyib ki, banka qoymaqla müalicə üsulu artıq keçmişdə qalıb, tibbin inkişafı sayəsində artıq buna ehtiyac yoxdur:
“Müasir tibb bu gün o qədər inkişaf edib ki, bu cür üsullara ehtiyac qalmır. Bu üsullar artıq arxaik xarakter daşıyır. Məsələn, zəli müalicəsi bu gün də aktual olaraq qalır, amma banka qoymaq ayrı-ayrı adamlar tərəfindən istifadə edilsə də, elmdə vacib üsul kimi nəzərdən 5keçirilmir. Çünki bu gün son dərəcə müasir üsullar – antibiotikaterapiya və digər üsullar var. Banka arxaik üsul olsa da, özünü təsdiq etmiş üsullardan biridir”.
-Bəs onda kimlərə banka qoymaq qətiyyən olmaz?
-Düzgün qoyulmayan banka ciddi fəsadlara səbəb ola bilər
- Həkim, onda azyaşlı uşaqlara banka qoymaq məqbuldurmu?
-Qətiyyən. uşaqlara banka qoymaq olmaz.
Sevinc