Boşanmadan aliment almaq mümkündür

SOSİAL
20:08 / 08.05.2024
922

Ailələrdə problemi çox zaman iqtisadi imkansızlıq yaradır. Bir çox atalar işləmədiklərini bəhanə edərək, ailəsinə baxmır, maddi dəstək vermir. 

Bəzi hallarda atanın imkanı olsa da ailəsinə baxmır, qazancını qumara , içkiyə və digər şeylərə sərf edir.

Bəs belə olarsa, atanın ailəsinə baxmasını təmin etmək olar?

Hit.az-ın sualını cavablandıran hüquqşünas Elvin Babayev bildirib ki, boşanmadan da atadan aliment tələb eləmək mümkündür:

“Ailə Məcəlləsinin 75-ci  maddəsinə əsasən, valideynlər uşaqlarına qayğı göstərməyə borcludurlar. Bu vəzifə uşaq yetkinlik yaşına çatana qədər davam edir. Valideynlərdən biri rəsmi nikahda olmasına baxmayaraq, məhkəməyə ərizə ilə müraciət edərək,  digər valideyndən aliment tələb edə bilər”.

Murad

0