Aptekdə iynə vurdurmaq, sistem köçürtmək düzgündürmü?

SAĞLAMLIQ
18:00 / 10.05.2024
920

Bir çox insan iynə və sistemin vurulması üçün poliklinikalara deyil, cüzi məbləğ ödəyərək.  yaxınlıqdakı aptek işçisinə müraciət edir. 

Bununla yanaşı, apteklərdə təzyiqini ölçdürüb vəziyyətə uyğun dərman alanlarda az deyil. 

Ancaq əczaçılıq müəssisələrində xəstə qəbul etmək qanunla qadağandır. Buna baxmayaraq, apteklərdə qeyd etdiyimiz xidmətlər göstərilir. 

Təbii ki, müəyyən məbləğdə “hörmət” qarşılığında.

Professor, tibbi ekspert Adil Qeybulla Hit.az-a açıqlamasında bildirib ki, apteklərdə tibbi xidmətin göstərilməsi düzgün deyil: 

“Xəstəyə sınaq qoyulmamış iynə vurmaq, sistem qoşmaq nə dərəcədə uyğundur? 
Xəstənin səhhətində ağırlaşmalar müşahidə olunduqda aptek işçisi nə cavab verəcək? 
Bu kimi problemlərin yaşanmaması üçün apteklərdə çalışanlar tibbi xidmət göstərməkdən uzaq durmalıdır. Analiz verilməmiş, müayinə aparılmamış xəstəyə dərman vermək düzgün deyil”. 

Sevinc

0