"İstəyirəm bir az rahat yaşayım" - Əməkdar artist

MƏDƏNİYYƏT
19:28 / 10.05.2024
467

“Mən heç kimə müsahibə vermirəm. Çünki dediklərim qalır kənarda. Kim özünə necə sərf edir, o şəkildə başlıq yazıb dərc edir. 70 yaşım var. Boş yerə həyəcanlanmaq, üzülmək istəmirəm. İstəyirəm bir az rahat yaşayım”.

Bu fikirləri Hit.az-a müğənni Firuzə İbadova səsləndirib:

“Kiminsə haqqında yazırlar, düşünmürlər ki, onun ailəsi var. O adamın ailəsi nə iztirablar çəkir, nə həyəcanlar keçirir. Reytinq xətrinə bəzi şou proqramlar aləmi bir-birinə qatırlar. Hər sənətdə çalışan insanların yaxşısı da var, pisi də. Fikrimi hamıya şamil eləmirəm. Amma bəzi jurnalistlər elə ediblər ki, sənətkarlar artıq müsahibə verməyə qorxurlar. Fikirləri cəmiyyətə yanlış şəkildə çatdırılar deyə qorxurlar”.

Murad

0