1,2 milyonluq şirkətə yeni rəhbər şəxslər təyin olunacaq

İQTİSADİYYAT
15:26 / 13.05.2024
495

“Bakelektromaşın” ASC-nin növbəti yığıncağı keçiriləcək.

İqtisadiyyat.az xəbər verir ki, yığıncağın iyunun 28-də saat 17.00-da keçirilməsi nəzərdə tutulub.

Yığıncağın gündəliyi:

1.”Bakelektromaşın“ ASC-nin idarə heyətinin sədr və üzvlərin yenidən seçilməsi.

2.Səhmdar cəmiyyətinin Müşahidə şurasının (direktorlar şurasının) sədr və uzvlərin yenidən seçilməsi.

3.Təftiş komissiyasının təftiş komissiyasının sədr və üzvlərin yenidən seçilməsi.

4.Yeni Redaksiyada Nizamnamənin təsdiq edilməsi.

5.Digər məsələlər.

Qeyd edək ki, “Bakelektromaşın” ASC 2004-cü ildə dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 1 280 026 manatdır.

0