İsveçin baş naziri Ulf Kristersson böyük hərbi münaqişə vəziyyətində ölkə ərazisində nüvə silahının yerləşdirilməsinin mümkünlüyünü etiraf edib.
HİT.az xəbər verir ki, bu barədə "Aftonbladet" yazıb.
ABŞ-la ikitərəfli hərbi əməkdaşlıq sazişində nüvə silahının İsveç ərazisində yerləşdirilməsi ilə bağlı rəsmi qadağanın olmaması ilə bağlı sualı cavablandıran o, Stokholmun iki layihə hazırladığını bildirib.
"Biz iki layihə hazırlamışıq. Onda deyilir ki, İsveç sülh dövründə öz torpaqlarında daimi qoşunların və nüvə silahlarının olmadığını bəyan edib", deyə Kristersson bildirib.
Eyni zamanda, o qeyd edib ki, hərbi əməliyyatlar şəraitində bu, tamam başqa məsələdir.
"Müharibə zamanı bütün NATO nüvə çətirindən faydalanır, nə qədər ki, Rusiyanın silahı var. Bununla belə, İsveç öz ərazisinə görə məsuliyyət daşıyır", deyə baş nazir vurğulayıb.
Bundan əvvəl İsveçin xarici işlər naziri Tobias Billström NATO assosiasiyalarının İsveçdə fəaliyyət göstərə biləcəyini, lakin ölkənin daimi ittifaq bazalarına ev sahibliyi etmək istəmədiyini bildirmişdi.
Samir