"Gürcüstandakı etirazların arxasında Rusiya dayanır" - AÇIQLAMA

DÜNYA
12:08 / 14.05.2024
402
"Gürcüstandakı etirazların arxasında xalq, qeyri-hökumət təşkilatları, siyasi partiyalar və cəmiyyət dayanır".
 
Bu sözləri Siyasi Menecment İnstitutunun direktoru Azər Qasımlı Hit.az-a açıqlamasında deyib. 
 
O, yüzminlərlə insanın mitinqə qatılmasından da bəhs edib:
 
"Tiflisdə keçirilən aksiya Gürcüstan tarixində müstəqillikdən indiyə kimi ən böyük etiraz aksiyasıdır. Üstəlik, digər şəhərlərdə də bənzər aksiyalar keçirilir. Yəni bunun arxasında Gürcüstan xalqı dayanır".
 
350226
 
Onun sözlərinə görə, Rusiya Gürcüstanı hədəf seçərək, onu qarışdırmağa çalışır:
 
"Kreml özünə yaxın bildiyi siyasətçilərlə bu addımı atır. İlk növbədə "boz kardinal" hesab olunan Bidzina İvanişvilinin özünü qeyd etmək lazımdır. Rusiya da onun əli ilə bu addımları atır. Rəsmi Moskva Gürcüstanın Avropa inteqrasiyanın qarşısını almaq üçün "xarici agentlər haqqında qanun" layihəsini irəli çəkirlər. Bu qanunu dəstəkləyən də "Gürcü Arzusu" Partiyasıdır". 
 
Müsahibimiz qeyd edib ki, əslində Gürcüstan hakimiyyəti insanların etirazını görərək geri çəkilə bilər:
 
"Amma bunu etmirlər. Nə üçün qarşıdurmaya gedirlər, niyə geri çəkilmirlər? Nə üçün böyük etirazlara rəğmən öz fikirlərindən vazkeçmirlər? Əsas suallar bunlardır. 
 
Hesab edirəm ki, top hazırda İvanişvilinin və Rusiya meyilli olan Gürcüstan iqtidarının meydançasındadır. Əgər hansısa qarşıdurma olarsa, bunun daxildəki yeganə günahkarı Gürcüstan iqtidarı olacaq. Amma aydındır ki, Rusiyanın sifarişi əsasında bunu etmiş olacaqlar".
 
Pərviz
0