Diş çürüməsinin fəsadları

SAĞLAMLIQ
23:55 / 14.05.2024
454

Çox vaxt əhəmiyyət vermədiyimiz çürük dişlər ümumi sağlamlıq vəziyyətimizə çox ciddi təsir edir.

Mütəxəssislər hesab edir ki, adi  yanaşılan çürük dişlər estetik görünüşü pozmaqla yanaşı, ölümcül nəticələrə belə, səbəb olur. 

Stomotoloq Vüsalə Əliyeva Hit.az-a deyib ki, diş sağlamlığı  hər kəs üçün vacibdir, amma bu, anadangəlmə ürək xəstəliyi, ürək qüsuru olan uşaqlar, ürək-qapaq xəstəliyi olan şəxslər üçün xüsusilə vacibdir:

 “Çürük dişdə olan infeksiya ürəyə yayılaraq , çoxalır. İnfeksiya çürümüş dişlərin müalicəsi və ya çəkilməsi zamanı, bəzən adi diş fırçalama zamanı baş verən qanamadan bütün qan dövranına yayıla bilər. İnfeksiya ürəyin problemli sahəsinə çata və orada çoxalaraq ciddi ürək infeksiyasına səbəb ola bilər. Ona görə də ağız və dişlərə qulluğun çox yaxşı aparılması vacibdir”. 

Sevinc

0