Su insan orqanizmi üçün vacib olduğundan, yeni doğulan körpələrə də mütləq verilməlidir.
Lakin analar bəzən uşağa hansı ayında nə qədər su verməli olduqlarını bilmirlər.
Pediatr Mətanət Əliyeva Hit.az-a deyib ki, körpənin ehtiyac duyduğu suyun miqdarı yaşa görə dəyişir və yaş artdıqca artır. Qatı qidalarla qidalanma uşağın suya olan ehtiyacını artır:
“Həm də uşağa verilən suyun miqdarı yediyi ana südünün miqdarından, boyundan, çəkisindən, ifraz etdiyi sidiyin miqdarından, qəbizlik dərəcəsində asılı olaraq , dəyişə bilər. Uşağa su yeməkdən əvvəl deyil, yemək zamanı və ya yeməkdən sonra qurtum-qurum içirilməlidir. Qəbizliyi olan uşaqlarda suyun miqdarı artırılmalıdır”.
Pediatr onu da deyib ki, körpə suyu içmək istəmirsə, onda onu məcbur etmək olmaz. Ona tez-tez su təklif edin. Uşağın iməklədiyi və oyun oynadığı yerlərdə su qabını qoyaraq, körpənin marağını cəlb etmək lazımdır.
Sevinc