Mən teatrın, teatr da mənim balamdır - Əməkdar artist

MƏDƏNİYYƏT
15:34 / 15.05.2024
672

Bu gün Əməkdar artist Mehriban Abdullayevanın 61 yaşl tamam olur.

Tamaşaçılar onu daha çox gənclik illərində oynadığı Sara obrazı ilə xatırlayırlar.

"Solğun çiçəklər” tamaşasının nakam Sarası. 

Mehriban Abdullayeva rejissor Ağakişi Kazımovla ailəli olub. Ağakişi müəllim xəstələnəndə onun bütün qayğılarını üzərinə götürüb. Öz övladı olmayıb,  ona görə rollarını öz övladları hesab edir.

“İllər keçsə də bu rolum unudulmur. Bu əlbəttə mənə böyük sevinc verir. Yaş 61 olsa da, özümü o yaşda hiss etmirəm. Ürəyim yeni rollar, tamaşalar həvəsi ilə döyünür. Mənim bütün taleyimi teatra bağlamışam. Ailəm  teatrdadır. Mən teatrın, teatr da mənim balamdır”.

Bu fikirləri HİT.az- a Mehriban Abdullayeva səsləndirib:

“Əslində aktrisa olmaq fikrində deyildim. Aktyorların hamısı mənə fövqəladə, sehrli gücləri olan insanlar kimi gəlirdi. İncəsənət Universitetinə qəbul olunub, onları ətrafımda görəndə özümü nağıllar aləmində hiss edirdim. Ömrümü bu sənətə verdim. Və peşman deyiləm".

Murad

0