Makaron bir çoxlarının ən sevdiyi yeməklərdən biridir.
Hit.az bildirir ki, makaronun özü kimi suyunun da olduqca əhəmiyyətli olduğu ortaya çıxıb.
Makaron bişirərkən istifadə olunan suyun işarə yaramadığını düşünərək atmaq yanlış imiş. Çünki həmin su bitkilər üçün olduqca faydalıdır. Belə ki, makaronun suyunu evdəki dibçəklərin dibinə tökmək onları inkişaf etdirirmiş.
Xüsusilə bunu yarpaqları solan bitkilərin dibinə tökmək onların canlanmasına səbəb olur. Bunu etdikdə bitkilərinizin olduqca gözəl göründüyünə şahid olacaqsınız.
Qeyd edək ki, makaron suyu tərkibindəki zəngin nişasta və minerallar sayəsində bitkiləriniz üçün tam qida mənbəyi rolunu oynayır. Makaron suyunu butulkaya tökərək soyumasını gözləyin, daha sonra isə gülləri sulayanda istifadə edin. Amma sözügedən suyu qaynar halda dibçəyə tökmək olmaz. Beləliklə, bitkiləriniz daha sağlam, canlı və məhsuldar olacaq.
Pərviz