Harvard Putinin ehtimal olunan varisinin adını açıqladı

DÜNYA
14:08 / 16.05.2024
307

Ötən gün 71 yaşlı Vladimir Putin Tula vilayətinin 50 yaşlı qubernatoru, general-polkovnik Aleksey Dyumini özünə köməkçi təyin edib. Əvvəllər FTX-də çalışıb və 2014-cü ildə Putini qoruyub, Krımın ilhaqı zamanı fərqlənib, sonra isə Müdafiə nazirinin müavini vəzifəsini və Rusiya Federasiyası Qəhrəmanı titulunu alıb. O, müntəzəm olaraq Putinlə xokkey oynayıb (şəkildə) və 2016-cı ildə mühafizəçi kimi dövlət başçısını dağda ayıdan xilas etdiyini bildirib.

HİT.az xəbər verir ki, "Bild"in köşə yazarı Filipp Pyatov Dyumini "ayılara qarşı cangüdən" adlandırır. Müəllif qeyd edir ki, rus ekspert dairələrində o, uzun illərdir prezident vəzifəsinin mümkün varisi hesab olunur.

Onun köməkçi təyin olunmasından sonra Rusiyada çoxları yenidən Putinin varisi kimi danışmağa başlayıblar. Qeyd edilir ki, o, hərbçilər və təbliğatçılar arasında məşhurdur, hətta Yevgeni Priqojin onu yüksək qiymətləndirirdi. Harvard Universitetinin Rusiya və Avrasiya Araşdırmaları üzrə Devis Mərkəzi bu qiymətləndirmə ilə razıdır.

"Əgər Putin varisi seçmək qərarına gəlsə, Aleksey Dyumin yəqin ki, ən yaxşı namizəd olacaq", deyə amerikalı ekspertlər qeyd edir.

Samir

0