Fatimə Hacıbəyli: "Boşanmaların əsas səbəbi narkomaniya ilə yanaşı, xəyanətdir"

SOSİAL
19:20 / 16.05.2024
656

Sosial Tədqiqatlar Mərkəzinin (STM) “Müasir Azərbaycan ailəsi” mövzusunda hazırladığı analitik - hesabatda boşanmaların səbəbləri açıqlanıb.

Hesabata görə, Azərbaycanda respondentlərin yarıdan çoxu boşanma qərarının verilməsini legitim edən əsas amilin ailədə narkomaniya və alkoqolizm problemi olduğunu düşünür.

Mütəxəssislər isə bu mövzu ilə bağlı fərqli düşünür.

Sosioloq Fatimə Hacıbəyli Hit.az-a deyib ki, boşanmaların günü-gündən artması danılmaz həqiqətdir:

"Son zamanlar boşanmalar elə hadisələrə görə baş verir ki, insan eşidəndə utanır. Yəni xırda bir məsələni gənclər şişirdir və nəticədə ailə dağılır. Mən deyərdim ki, boşanmaların əsas səbəbi tərəflərin biri-birini anlamaması, yola verməməsidir. Belə bir məsəl var biri od olanda, digəri su olmalıdır. Ancaq indi cütlüklər od olmağa üstünlük verir. Buna görə də boşanmalar artır. Bəli, bu gün narkotik istifadəçilərinin sayı artır. Narkotikdə ailələrin dağılmasına təsir edir. Ancaq bu elə də böyük həddə deyil".

Sevinc

0