Nazir idarə rəisini işdən çıxardı, yüksək vəzifə verdi - FOTO

ÖLKƏ
16:10 / 17.05.2024
273
Mədəniyyət Nazirliyində kadr dəyişikliyi olub.
 
İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı mədəniyyət naziri Adil Kərimli müvafiq əmr imzalayıb.
 
Əmrə əsasən, nazirliyin Abşeron-Xızı Regional Mədəniyyət İdarəsinin rəisi Fərid Qurbanzadə vəzifəsindən azad olunub.
 
O, Mədəniyyət Nazirliyinin Daxili nəzarət və audit şöbəsinin müdir müavini vəzifəsinə təyin edilib.
 
Abşeron-Xızı Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsinin icrası isə rəis müavini Həsrət Şabiliyə həvalə olunub.
 

0