Şirniyyatsız qala bilməyənlər...

SAĞLAMLIQ
20:29 / 17.05.2024
498

Bəzi insanlar şirniyyat yemədən dura bilmir. Gün ərzində bir neçə ədəd və ya çox şirniyyat yeyilməlidir.

Şirniyyat deyildikdə bura müxtəlif növ şokolad, şirni, tort və şirin təamlar daxildir. Alimlər isə  israrla çox şirniyyat yeməyin ziyanlı olduğunu bildirir.

Həkim Şəfa Məmmədova Hit.az-a deyib ki, şirniyyata marağın artması xərçəng xəstəliyinin simptomu ola bilər:

 “Çox qəbul edildikdə yaranan problemlər zaman-zaman orqanizmi zəhərləyir. Ona görə də hər bir məhsulu vaxtında, miqdarında və keyfiyyətli qəbul etmək lazımdır ki, fəsadı yox, faydası olsun. Bu gün satışda müxtəlif formada, gözə gəlimli şirniyyatlar var. Təbii ki, həmin şirniyyatlara xüsusi dadlandırıcılar vurulur. Bunları yeyən uşaq və böyüklər yenidən onu alıb, yemək istəyir. Yəni bu tip şirniyyatıar insanlarda asılılıq yaradır. Bunun səbəbi isə həmin dadlandırıcılardı. Kimyəvi dadlandırıcılar isə sağlamlığa ziyandır”.

Sevinc

0