"Parkda" baş verənlər əslində evimizin içində olanlardır

MƏDƏNİYYƏT
21:53 / 17.05.2024
893

Bu günlərdə Kukla Teatrında Səidə Haqverdiyevanın quruluş verdiyi "Parkda" adlı tamaşa təqdim olunub.

Tamaşanın özəlliyi ondadır ki,o inklüzivliyi təmin edib,əlil vətəndaşlarla peşəkar aktyorlrln birgə iştirakı ilə hazırlanıb.

Ən maraqlısı budur ki, əlilliyi olan şəxslər rollarını o qədər yaxşı ifa edirdilər ki, peşəkarlardan heç də geri qalmırdılar.

Səhnəyə çıxmış 7 əlil şəxsdən beşi yeniyetmə idi. Bu tamaşa onların həyata olan inamını artırır, məşğulluq verir və ən əsası da bu məşğulluqdan qazanc əldə edirlər.

Bu mənada Kukla Teatrının gördüyü iş alqışa layiqdir.

Teatr dəfələrlə kimsəsiz ailələrin uşaqları üçün tamaşalar hazırlayıb,teatrın nəzdində fəaliyyət göstərən "Oyuq","Oyun" kimi studiyalar inklüziv tamaşalar təqdim edir, əlilliyi olan şəxslərin sosiallaşmasına dəstək göstərirlər.

Ortaya qoyulan işlər isə möhtəşəmdir.

Yuxarıda adını çəkdiyimiz tamaşa qadın talelələrinə işıq salır, vaxtında ailələrin övladlarına yaşatdıqları travmaların illər sonra hansı faciələrə yol aça biləcəyini göstərir.

Həm dramatik, həm komik səhnələri olan bu tamaşada hər tamaşaçı öz taleyindən bir anı mütləq görür.

Murad

0