Qəbələyə turist axınını gücləndirmək üçün nə etmək lazımdır? - RƏY

İQTİSADİYYAT
16:43 / 20.05.2024
407

"Bu gün Azərbaycanın bütün regionlarda fəaliyyət göstərən otellər və turizm kompleksləri demək olar ki, artıq yay mövsümünə tamamilə hazırdır". 

Bu sözləri turizm üzrə ekspert Rəhman Quliyev Hit.az-a açıqlamasında deyib. 

O bildirib ki, turistlərin yerləşməsi üçün hər şey ən yüksək səviyyədə hazırlanıb:

"Təbii ki, ölkəmizdə ən yaxşı turizm zonası Qəbələdir. Amma Qarabağda işğaldan azad olunan ərazilərdə infrastruktur tamamilə bərpa olandan, orada turizm obyektləri və otelləri açılandan sonra yeni turizm zonaları yaranacaq. Şuşa, Laçın, Kəlbəcər və Zəngilanda bu potensial mövcuddur. Bugünkü gündə isə hələ ki, Qəbələ ən önəmli turizm mərkəzi olaraq qalır". 

350754

Lakin ekspert qeyd edib ki, Qəbələyə də turist axınını gücləndirmək üçün yeni addımlar atılmalıdır:

"Qəbələdə xüsusən iaşə məsələlərin üzərinə böyük yük düşür. Çünki bir turistin oteldən daha çox iaşə müəssisələrinə pul xərcləyir. Məsələn, bugünkü gün də bir nəfərin oteldə yeməyə xərclədiyi pul 100 manat olur. Bu isə turist üçün qiymət baxımından çox ağırdır. Ona görə də Qəbələ zonasında oteldən əlavə olaraq iaşə müəssisələrində qiymətlərin stabil saxlanması üçün bir mexanizmi hazırlamaq lazımdır".

Rəhman Quliyev sözlərinə görə, bununla bağlı təşviqat aparılmalıdır:

"Təbii ki, investorların, sahikarların və ya restoran sahibinin daxili qiymət siyasətinə qarşı çıxa bilmərik. Amma bununla bağlı təşviqat aparılmalıdır. Yəni ölkəmizdə yeni turizm zonaları yarandığı üçün düzgün qiymət siyasəti aparmaq lazımdır. Bunun üçün keyfiyyət və kəmiyyət də çox önəmlidir. Keyfiyyətlə mütləq şəkildə önəm verilməli, qiymətlər isə stabil saxlanılmalıdır ki, turist axını davamlı olsun". 

Pərviz

0