Düyünün qiyməti bahalaşacaq?

İQTİSADİYYAT
16:06 / 20.05.2024
382

“Düyünün qiyməti xarici bazardan asılıdır. Azərbaycan bazarının düyüyə olan təxmini təlabatı 40 min tondur. 15 min ton düyü daxildə istehsal edilir, qalanı isə idxal olunur. Bu isə onu göstərir ki, Azərbaycanın düyü bazarı xaricdən asılı vəziyyətdədir. Xarici bazara isə dünyada gedən proseslər təsir edir. Çində quraqlıq oldu, Pakistanda sel plantasiyaları yuyub apardı. Bu kimi amillər düyünün istehsalının aşağı düşməsinə səbəb oldu. Ona görə də dünyada 9 milyon ton kəsir əmələ gəlib”.

Bu sözləri aqrar sahə üzrə ekspert Akif Nəsirli Hit.az-a açıqlamasında deyib.

Həmsöhbətimiz bildirib ki, dünya bazarında düyünün qiyməti bahalaşırsa, bu hal Azərbaycan bazarına da təsir edəcək. Azərbaycan bu məhsul üzrə idxaldan asılıdır: Düyünün satış qiymətinin artması gözləniləndir:

“Azərbaycan Respublikasında çəltikçiliyin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı” təsdiq edilib. Bu proqramda qeyd edilir ki, ölkənin 70-80 faiz təlabatı daxili istehsal hesabına ödənilməlidir. Artıq müəyyən uğurlar var. Belə ki, düyü plantasiyalarının sayı genişlənib. Hesab edirəm ki, yaxın gələcəkdə ölkə daxilindı 60-70 faizi daxili istehsal hesabına ödənilə bilər”.

Sevinc

0