Heyva immunitetimizi gücləndirən zəngin qida mənbəyi olan meyvələrdən biridir.
Hit.az bildirir ki, onun insan orqanizmi üçün faydaları olduqca çoxdur.
Belə ki, heyva həzmə kömək edir, enerji verir, baş ağrılarını aradan qaldırır, bağırsaq xəstəlikləri riskini azaldır və stressdən yaranan beyin yorğunluğunu aparır. Sözügedən meyvə həmçinin, aterosklerozun yaranmasının qarşısını alır və burun qanaxmasına əleyhinə mübarizə aparır, eləcə də ürəyi gücləndirir və qoruyur.
Heyva eyni zamanda, yaşlanma prosesini uzadır, xərçəng riskini azaldır, ağız qoxusu və böyrək daşlarının əmələ gəlməsinin qarşısını alır. O insult riskini belə azaldır, astma və bronxit kimi tənəffüs xəstəliklərindən qurtulmağa kömək edir, habelə dərinin sağlam və gözəl görünməsinə səbəb olur, hətta dəridəki ləkələri aradan qaldırır.
Xüsusilə heyvanı çiy və qabığı ilə yedikdə antibakterial xüsusiyyətinə görə xəstəliklərdən daha yaxşı qoruna bilərsiniz. Çünki lif və C vitamini ilə zəngin olan heyva qabığı təbii mikrob əleyhinə vasitədir. Lakin bişmiş heyva da olduqca xeyirlidir. O da ürək bulanması, qaşınma və qusmaya qarşı effektiv mübarizə aparır.
Pərviz