İş yerində seksual qısnamaya görə cəzalar sərtləşdirilir - Nə dəyişəcək?

SOSİAL
20:25 / 21.05.2024
592

Seksual qısnamaya, ayrı-seçkiliyi əks etdirən iş elanlarına görə sanksiyaların müəyyən edilməsi üçün qanunvericiliyə dəyişikliklərin edilməsi, seksual qısnama halları ilə bağlı monitorinq mexanizmlərinin yaradılması təklif olunur.

Bu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2023-cü il üzrə Məlumatı”nda əksini tapıb.

Sosioloq Fatimə Hacıbəyli Hit.az-a deyib ki, seksual qısnamaya görə cəzaların sərtləşdirilməsi məqbuldur: 

“İş yerində qadına cinsi əlqəyə girmək təklif olunursa, o, müvafiq quruma müraciət edə bilir. Fakt sübut olunsa, qarşı tərəf məsuliyyətə cəlb edilir və müəyyən edilmiş qədər həbs cəzası alır. Bu problemin kökündə işsizlik, maaşların az olması, erkən nikah, ailə zorakılığı, boşanmalar kimi faktorlar durur. Ən əsası da, təhsilin və hüquqi maariflənmənin aşağı olması. Xarici ölkələrdə iş yerində seksual qısnamaya məruz qalan qadın hüquq mühafizə orqanlarına müraciət edir və qanun çərçivəsində həmin şəxs məsuliyyətə cəlb olunur. Bizdə isə insanlar mental dəyərləri düşünərək susmağa üstünlük verir. Cəmiyyət nə deyər, işsiz qalar düşüncəsi ilə tacizin qurbanı olurlar”.

Sevinc

0