Berbok: "Putinin qoşunlarının sərhədlərimizdə görünməməsi üçün..."

DÜNYA
22:59 / 21.05.2024
378

Qərb ölkələri Rusiya qoşunlarının Avropa İttifaqı ölkələrinin sərhədlərində mümkün görünməsindən özlərini qorumaq üçün münaqişədə Ukraynaya daha fəal kömək etməlidirlər. 

HİT.az "Tagesschau"ya istinadən xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Annalena Berbok deyib.

"Biz indi bütün qüvvələrimizi birləşdirməliyik ki, Ukrayna sağ qala bilsin və Putinin qoşunları yaxın gələcəkdə öz sərhədlərimizə çatmasın", deyə Berbok qeyd edib.

O xatırladıb ki, Kiyev hava hücumundan müdafiə sistemlərinin kəskin çatışmazlığı ilə üzləşir.

Fevral ayında Rusiya prezidenti Vladimir Putin Karlsona verdiyi müsahibədə “Rusiya təhlükəsi” ilə bağlı bütün bəyanatların “adi insanlar üçün dəhşət hekayələri” olduğunu, lakin əslində Rusiyanın “Polşada, Latviyada və ya heç bir yerdə maraqları olmadığını” bildirmişdi. Polşa dövlətinə qoşun yeridilməsinin mümkünlüyü ilə bağlı suala cavab olaraq Putin bildirib ki, bu, yalnız Polşanın Rusiya Federasiyasına hücum edəcəyi təqdirdə mümkündür. 

Samir

0