"Neytral ölkələrin İsveçrədə Ukrayna ilə bağlı sülh sammitində iştirak etməsi biganə mövqedən əl çəkmək və Ukraynanın tərəfini qəbul etməyə bərabər olacaq".
HİT.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev deyib.
Siyasətçinin fikrincə, bu cür hərəkətlər Rusiya tərəfindən mənfi qarşılanacaq və gələcəkdə münasibətlərə müəyyən təsir göstərəcək.
Medvedev qeyd edib ki, bir sıra laqeyd dövlətlər əsas beynəlxalq oyunçularla münasibətləri korlamamaq üçün sözügedən sammitə dəvətlərə cavab verməyə məcburdurlar. Lakin nəticədə bütün bu ölkələr Ukrayna rəhbərliyinin müəyyən etdiyi qaydalarla oynamağa başlayacaqlar.
Ukrayna üzrə sülh konfransı iyunun 15-16-da İsveçrənin Luzern şəhəri yaxınlığındakı Bürgenstokda baş tutacaq. Dəvət olunanlar arasında G7, G20 və BRICS ölkələri var. Ümumilikdə - 120 ölkədən 160 nümayəndə heyəti yer alacaq
Rusiya hazırda dəvət olunan iştirakçılar siyahısında deyil, lakin İsveçrə Xarici İşlər Nazirliyi dəvət göndərmək ideyasının açıq olduğunu qeyd edib.
Samir