Ətraf mühitə ən çox zərər verən avtomobillərin adı açıqlandı - SİYAHI

AVTO
11:37 / 22.05.2024
1752

Avtomobillərin ətraf mühitə vurduğu zərərlə bağlı yeni araşdırma aparılıb.

Hit.az xəbər verir ki, araşdırma nəticəsində ekologiyaya ən çox mənfi təsir göstərən avtomobillərin adları məlum olub.

Həmin araşdırma "InfluenceMap" tərəfindən aparılıb. Siyahı ətraf mühitə ən az zərər verən avtomobillərdən başlayır. Araşdırmaya əsasən ekologiyaya ən az zərər vuran avtomobil "Tesla", ən çox zərər vuran isə "Toyota"dır. O da bildirilib ki, 2030-cu ilə qədər 100 faiz elektrikli avtomobil satacaq yeganə şirkət "Tesla" olacaq. 

Sözügedən siyahını təqdim edirik:

1. "Tesla" 
2. "Ford" 
3. "General Motors" 
4. "Volkswagen" 
5. "Mercedes" 
6. "Nissan" 
7. "BMW" 
8. "Hyundai-Kia" 
9. "Honda" 
10. "Renault" 
11. "Stellantis" 
12. "Tata Motors" 
13. "Suzuki" 
14. "Mazda" 
15. "Toyota"

Pərviz

0