"TikTok gənclər üçün pis nümunədir" - Psixoloqdan OLAY AÇIQLAMA 

SOSİAL
12:30 / 22.05.2024
661

"Hazırkı dövrdə sosial şəbəkələrə maraq hər keçən gün daha da artmaqdadır".

Bu sözləri psixoloq Nabat Mirzəyeva Hit.az-a açıqlamasında deyib.

O bildirib ki, sosial şəbəkələr də hər zamana uyğun olaraq daha çox populyarlaşmağa başlayırlar:

"Son zamanlarda ən çox istifadə olunan sosial şəbəkə isə TikTokdur. Ölkəmizdə də bu platformaya maraq olduqca böyükdür. Sözsüz ki, hər insan öz marağına uyğun sosial şəbəkədən istifadə edir. Bunlardan xeyirli tərəfdən də, doğru olmayan tərəfdən də istifadə edən insanlar var".

350892

Həmsöhbətimiz cəmiyyətin TikToka bu qədər maraq göstərməsinin səbəblərindən də söz açıb:

"Ona bu qədər maraq göstərməsinin əsas səbəbi düşüncələrdən qaçmaq üçün sosial şəbəkələrə müraciət etməkdir. Ümumiyyətlə, TikToku həddindən artıq istifadə edənlər duyğularından qaçan insanlardır. 

Onlar, hansısa videoları və ya kimlərinsə canlı yayımlarına baxaraq vaxtlarını keçirirlər. Beləliklə, həmin insanların zamanları boş yerə gedir. Amma normal şəkildə istifadə etdikdə heç bir zərəri yoxdur. Nəzərə almaq lazımdır ki, yeməyi belə normadan artıq yemək insana zərər verir". 

Psixoloq vurğulayıb ki, TikTok gənclərə pis nümunə olur:

"Təəssüf ki, TikTokdakı bəzi videolar və canlı yayımlar gənclər üçün çox pis nümunədir. Sözügedən platformadakı yayımlarda, videolarda gənclərə mədəniyyət və danışıq tərbiyəsi ilə bağlı anti-təbliğat aparılır. Bu isə uşaqlarda, yeniyetmələrdə və gənclərdə səhv düşüncələr yaratmağa başlayır. Nəticədə, onların mədəniyyəti və üslubu pozulur".

Pərviz

3