Kafe müğənnisnin fəxri ad davası

MAQAZİN
15:37 / 22.05.2024
623

Son zamanlar dəbə düşüb. Ucdantutma bütün müğənnilər fəxri ad istəyirlər və bu arzularını sosial şəbəkələr vasitəsilə dilə gətirirlər.

Ömrünü restoranlarda, kafelərdə pul qazanmaqla, toy oxumaqla keçirmiş hər müğənni xalqa xidmət göstərdiyini iddia edib, ad tələbindədir.
 
Xidmət dediyiniz şəxsi qazancınız üçün olub, efirlərə çıxıb oxuduğunuz toy mahnıları da bəsit, zövqsüz, musiqi mədəniyyətimizə, 
zövqümüzə zərbə vurmaqdan başqa bir işə yaramayıb.

Siz hansı fəxri ad davasını döyürsünüz?

Çox axtarsaq , xalqa vurduğunuz bu zərbəyə görə borcunuz var, nəinki alacağınız. Oturun oturduğunuz yerdə. Nə qədər ki, fələk xeyrinizə dövran edir, çalın çapın, qazanın, amma mədəniyyət xadimiyəm deyib  gənc nəsildə çaşqınlıq yaratmayın.

Murad

0