Hamının çox sevdiyi kartof qızartmasının daha bir zərəri ortaya çıxıb.
Hit.az xəbər verir ki, son tədqiqatlar nəticəsində onun insana ciddi ziyan verdiyi məlum olub.
Maraqlıdır ki, kartof qızartmasının psixoloji fəsadları üzə çıxıb. Bu barədə Çində tədqiqat aparılıb. Tədqiqat nəticəsində məlum olub ki, kartof qızartması yeniyetmə oğlanlarda narahatlıq riskini 12 faiz və depressiya riskini isə 7 faiz artır.
Onlar, 11 il ərzində qızardılmış kartof yeyən 140 mindən çox insanın məlumatları əsasında bu nəticəyə gəliblər. Depressiyanın artmasının səbəbinin isə kartof tərkibli qidaların qızardılması zamanı yaranan akrilamid maddəsi olduğu ehtimal edilir.
Pərviz