Fələstin dövlətçiliyinin tanınması məsələsi Fransa üçün tabu deyil, lakin indi bunun üçün uyğun an deyil.
HİT.az xəbər verir ki, bunu Fransanın xarici işlər naziri Stefan Sejurne deyib.
Onun fikrincə, hazırda Fələstinin tanınması ilə bağlı qərarın vəziyyətə təsirli təsir göstərməsi üçün heç bir şərt yoxdur.
Fransa mətbuatının məlumatına görə, mayın 22-də səhər saatlarında Sejurne Parisdə İsrailin xarici işlər naziri İsrael Katz ilə görüş keçirib.
Mayın 22-də Norveç hökuməti Fələstin Dövlətinin müstəqilliyini tanıdığını rəsmən elan edib. Qərar mayın 28-dən qüvvəyə minəcək.
Norveçdən sonra Fələstinin müstəqilliyi İrlandiya və İspaniya tərəfindən tanınıb. Bunun fonunda İsrail növbəti məsləhətləşmələr üçün Norveç və İrlandiyadakı səfirlərini geri çağırıb və İspaniyanı da oxşar tədbirlərlə hədələyib.
İndiyədək Fələstini Avropa İttifaqına üzv olan doqquz ölkə tanıyıb. Bolqarıstan, Cənubi Kipr, Çexiya, Macarıstan, Malta, Polşa, Rumıniya və Slovakiya müvafiq qərarı 1988-ci ildə, hətta Aİ-yə daxil olmamışdan əvvəl, İsveç isə 2014-cü ildə qəbul ediblər.
Samir