Qadınlar niyə arıqlaya bilmir?

22:56 / 22.05.2024
492

Bəzi qadınlar pəhriz saxlasa da, idman eləsə də arıqlaya bilmir. 

Dietoloq Leyla Sarıyeva Hit.az-a deyib ki, özünə inamın olmaması ciddi pəhriz məhdudiyyətləri ilə birlikdə ciddi fəsadlara və iştahanın həddən artıq artmasına gətirib çıxarır. Ağır pəhriz həqiqətən bir müddət daha incə olmağa kömək etsə də, bir çox hallarda sonradan itirilmiş çəkinin yenidən geri qayıtması ilə nəticələnir.

Ekspert arıqlamaq prosesinə şüurlu şəkildə yanaşmağı məsləhət görür:

"Qadınların arıqlaya bilməməsinin səbəbi idman etməməsi ilə bağlıdır. İnsanların 80%-i onlara məsləhət görülən həftədə beş gün və hər gün ən azı 30 dəqiqə idman etmək rejiminə əməl edə bilmir. Qadınlar daha çox oturmağa üstünlük verir. Oturaraq hansısa işi görmək onlarda piylənməyə səbəb olur".

Sevinc

0