Bolqarıstan prezidenti Rumen Radev bildirib ki, Ukraynadakı münaqişənin diplomatik yolla həllinin vaxtı çatıb.
HİT.az "Novinite" agentliyinə istinadən xəbər verir ki, bu barədə prezident Roma Papası Fransisk ilə görüşdən sonra keçirilən brifinqdə bildirib.
“Bəşəriyyətin qarşısında duran ən böyük problem Ukraynada və Qəzza zolağında qanlı müharibələrə son qoymaqdır. Bu, beynəlxalq hüquqa əsaslanan sülhə nail olmaq üçün məlumatlılıq, rasional düşüncə və beynəlxalq səylər tələb edir. Diplomatiyaya güvənməyin vaxtıdır, çünki gördük ki, sülhə yalnız iqtisadi və hərbi yolla nail olmaq olmaz", deyə Radev bildirib.
Bundan əvvəl Radev bildirmişdi ki, Rusiya və Ukrayna arasında müharibədən yaranan ehtiraslar Avropada nifrət alovlandıranda, sülh üçün səslər silah səsləri ilə qarşılandıqda bu son dərəcə təhlükəlidir. Onun fikrincə, müharibənin davam etdirilməsi və Rusiya üzərində qeyri-mümkün qələbənin vəziyyətdən yeganə mümkün çıxış yolu kimi təqdim edilməsi qəbuledilməzdir: Bütün qan tökülmələri militarist çağırışlarla başlayır, bu, müharibə ehtiraslarını buraya köçürmək üçün heç bir yaxşılığa səbəb olmayacaq".
Samir