ABŞ prezidenti Co Baydenin administrasiyası Fələstinin İrlandiya, Norveç və İspaniya tərəfindən tanınmasını faydalı hesab etmir, lakin bunun niyə baş verdiyini anlayır.
HİT.az xəbər verir ki, bu barədə “Politico” mənbələrə istinadən yazıb.
Materialda qeyd olunur ki, Vaşinqton üç Avropa ölkəsinə onların qərarının fayda verməyəcəyini açıq şəkildə bəyan edib, çünki Birləşmiş Ştatlar tanınmanın HƏMAS-ı gücləndirə biləcəyindən ehtiyat edir.
ABŞ və İrlandiya rəsmilərinin sözlərinə görə, Fələstinin tanınması elan edilməzdən bir müddət əvvəl Avropa İttifaqı siyasətçiləri bu məsələ ilə bağlı ABŞ prezident administrasiyası ilə əlaqə saxlayıblar.
Nəşr yazır ki, Ağ Ev İrlandiya, Norveç və İspaniyanın Fələstini niyə tanımaq qərarına gəldiyini başa düşdüyünü bildirib.
Eyni zamanda, “Politico” ABŞ Milli Təhlükəsizlik Şurasına istinadən yazır ki, Fələstinin tanınması birtərəfli tanınmalarla deyil, danışıqlar nəticəsində baş verməlidir.
Mayın 22-də Norveç hökuməti Fələstin Dövlətinin müstəqilliyini tanıdığını rəsmən elan edib. Qərar mayın 28-dən qüvvəyə minəcək. Norveçdən sonra Fələstinin müstəqilliyi İrlandiya və İspaniya tərəfindən tanıyıb.
Samir