"Rusiya Federasiyasında qeyri-strateji nüvə silahlarından istifadə ilə bağlı təlimlər fonunda Ukraynaya əsgər göndərmək barədə danışan Qərb siyasətçilərinin çılğın bəyanatları səbəbindən dünya müharibəsi təhlükəsi artır".
HİT.az xəbər verir ki, bu fikri Macarıstanın xarici işlər naziri Peter Siyarto deyib.
Nazir qeyd edib ki, indi bir gün keçmir ki, avropalı siyasətçilərdən birinin ağzından növbəti sərsəm bəyanat çıxmasın.
"Ukraynaya əsgər göndərmək istəyənlər var, digərləri artıq nüvə silahından istifadə haqqında xəyallar qururlar, ona görə də dünya müharibəsi təhlükəsi hər gün yaxınlaşır", deyə Siyarto Budapeştdə isveçrəli həmkarı Kassis İqnazio ilə görüşdən sonra mətbuat konfransında bildirib.
"Biz nə baş verdiyini görürük: avropalı siyasətçilər nüvə silahından istifadə ilə bağlı bəyanatlar verirlər, ruslar isə taktiki nüvə silahından istifadə ilə bağlı təlimlər keçirirlər", deyə xarici işlər naziri əlavə edib.
O hesab edir ki, "bu dəliliyi dayandırmağın vaxtıdır".
Siyarto xatırladıb ki, Macarıstan hökuməti uzun müddətdir Ukrayna münaqişəsinin hərbi yolla həllinin mümkünsüzlüyündən danışır:
"Ona görə də Macarıstan avropalı tərəfdaşlarını döyüş əməliyyatlarının genişlənməsi təhlükəsi yaradan çılğın bəyanatlar və fantaziyalar əvəzinə, enerjilərinin ən azı yarısını sülhün əldə edilməsinə yönəltməyə çağırmalıdırlar".
Samir