"Prezident Co Baydenin rəhbərliyi altında ABŞ dünya səhnəsində hörmətini itirib".
HİT.az xəbər verir ki, bunu ABŞ-ın keçmiş lideri Donald Tramp Nyu-Yorkda tərəfdarları qarşısında çıxışı zamanı deyib.
"Çin prezidenti Si Szinpinə, Şimali Koreya lideri Kim Çen Ina, Rusiya prezidenti Vladimir Putinə baxın, istər-istəməz onlar birinci rollardadırlar. Biz bütün dünyanın hörmətini itirmişik. Dörd il əvvəl dünyanın ən hörmətli ölkəsi idik, indi bizə gülürlər, zarafatlaşırlar", deyə Tramp bildirib.
Onun sözlərinə görə, Bayden ölkə tarixinin ən pis prezidentidir:
"O, nə etdiyini bilmir, tamamilə bacarıqsızdır. Ölkəmiz cəhənnəmə gedəcək".
Mühafizəkar media şirkəti RSBN-in məlumatına görə, Trampın 2016-cı ildən bəri Nyu-Yorkda keçirdiyi ilk kampaniya mitinqində 1500-dən çox tərəfdar toplaşıb. Tədbirin yeri təsadüfən seçilməyib: Cənubi Bronks 2020-ci ildə ən demokratik yönümlü ərazilərdən biri hesab olunur, Bayden nəzərə çarpacaq üstünlüklə bu rayonu qazanıb. Nyu-York ştatı 1988-ci ildən bəri prezident seçkilərində yalnız Demokratların namizədinə səs verir. Tramp ABŞ administrasiyasının hazırkı rəhbərinin bəzi tərəfdarlarını, xüsusən də afroamerikalıları və ispanları öz tərəfinə çəkmək istəyir.
Samir