Amerikalılar seçkidən sonrakı iğtişaşlardan qorxur

DÜNYA
11:03 / 24.05.2024
329

Amerikalı böyüklərin əksəriyyəti 2024-cü il prezident seçkilərindən sonra mümkün hərəkətlərdən narahatdır.

HİT.az "The Hill"ə istinadən xəbər verir ki, "Ipsos" sorğusuna görə, respondentlərin 68%-i bu perspektivdən qorxur.

Söhbət səsvermənin nəticələrindən narazı olan ekstremistlərin hücum riskindən gedir. Onların mümkün olması fikrini daha çox Demokratlar Partiyasının tərəfdarları bölüşür - 83% dəstək. 

Respublikaçılar arasında respondentlərin 65%-i hadisələrin belə inkişafından qorxur, müstəqil seçicilər arasında isə bu göstərici 69%-dir.

"The Hill" qeyd edir ki, ABŞ-ın keçmiş prezidenti Donald Tramp hələ də 2020-ci il seçkilərində məğlubiyyətini rəsmən etiraf etməyib. Nəşr göstərir ki, Ağ Evin keçmiş rəhbəri hakimiyyəti saxlamaq üçün çox işlər görüb, o cümlədən bir neçə ştatda səsvermənin nəticələrini ləğv etməyə cəhd edib. 

Üstəlik, seçkinin nəticəsi ilə razılaşmayan Tramp tərəfdarları hakimiyyətin Co Baydenə ötürülməsinə mane olmaq istəyən 6 yanvar 2021-ci ildə Kapitoliyə basqın ediblər.

Samir

0