Avropa İttifaqı ölkələri İranın müdafiə naziri Məhəmməd Rza Aştianiyə qarşı sanksiyaların tətbiqi imkanını nəzərdən keçirir.
HİT.az xəbər verir ki, bu barədə "Bloomberg" mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, söhbət Yaxın Şərq və Qırmızı dəniz regionunda fəaliyyət göstərən qruplaşmalara hərbi dəstək verən İrana qarşı yeni məhdudiyyətlərdən gedir.
Gözlənildiyi kimi, yeni məhdudiyyətlər Rusiyanı pilotsuz təyyarələrlə təchiz etdiyi iddiası ilə Tehrana qarşı əvvəllər tətbiq edilən məhdudiyyətləri də genişləndirəcək və regionun etibarlı ölkələrinə raket və dronların tədarükünə təsir edəcək. Yeni siyahıya 9 fiziki və hüquqi şəxs daxil olacaq.
Yeni tədbirlərə səyahət qadağası və aktivlərin dondurulması daxildir, lakin İranın enerji sektorunu hədəf almır. Agentliyin qeyd etdiyi kimi, bu sanksiyalar əsasən simvolik xarakter daşıyır. Blok ölkələri təklifləri may ayının sonuna kimi təsdiq edə bilər.
İran bundan əvvəl İsrailə dəstək verdikləri üçün ABŞ-ın 5 şirkəti və 7 fiziki şəxsə qarşı sanksiya tətbiq etmişdi.
Samir