Qonşudan geri qalmalı, yoxsa…

MARAQLI
21:26 / 24.05.2024
1123

Rəqabət, ambisiya, uğur qazanmaq arzusu və qalib gəlmək sevgisini həyatda bir dəfə də olsa, hər kəs yaşayıb. 

Rəqabət üstünlük uğrunda rəqiblərə qarşı yarışların bütünüdür. Demək olar ki, hər sahədə görünür.

Psixoloq Könül İsmayılova Hit.az-a deyib ki, bəhsəbəhsliyin kökündə iki amil dayanır. Birincisi təhsilsizlik, intellektsizlik, ikincisi isə mənəviyyatsızlıqdır. İnsan mənəviyyatdan kasad olanda meşşanlıq etməyə, başqaları ilə maddiyyat üzərində yarış etməyə başlayır:

“Azərbaycan cəmiyyətində yenə də “Qonşudan geri qalma”, “Xalçaya bürün, ellə sürün” kimi düşüncə tərzi hökm sürür. Azərbaycanda kimsə təmtəraqlı bir toy edirsə , bu da mütləq etməlidir. İstər çalışdığı işdə, istər ailədə və yaxud tikdiyi evdə, aldığı maşında fərqli insanları az görürük. Bu, xalqın genetik şifrəsində olan bəzi mədəni-məişət formasından qaynaqlanır. Azərbaycan cəmiyyətində son illər qabaqcıl düşüncəyə meyillilik artıb. Bu düşüncə, bəhsəbəs insanları məhvə aparır”.

Sevinc

0