Kimlər bal yeyə bilməz?

21:43 / 27.05.2024
510

İllərdən bəri balın insan sağlamlığına çox xeyirli olduğu haqda söhbətlər var. 

Deyilənə görə, bal müəyyən xəstəliklərin dərmanıdır. 

Dietoloq Leyla Sarıyeva Hit.az-a deyib ki, gün ərzində 1 qaşıq bal yemək faydalıdır: 

“Bal yemək orqanizmi cavanlaşdırır, toksinlərdən təmizləyir, orqanizmdə iltihabı azaldır, xolesterinin səviyyəsini aşağı salır, immun sistemini möhkəmləndirir, yaddaşı yaxşılaşdırır. Ancaq balı hər adam yeyə bilməz. Şəkər xəstəliyindən əziyyət çəkənlər bal yeməməlidir. Bu məhsul allergendir, ona görə də allergiya xəstələrinin balı qida rasionundan çıxarması məsləhətdir. Şəkər xəstəliyi və artıq çəkidən əziyyət çəkən insanlara baldan istifadə etmək olmaz. Onsuz da balın tərkibində şəkər yüksək səviyyədədir”.

Sevinc

0