"Google Maps" Almaniyada yolun adını dəyişdirərək onu “Hitler küçəsi” adlandırıb.
HİT.az xəbər verir ki, bu barədə “Bild in Russian” "Telegram" kanalı məlumat yayıb.
“Cümə günü Şmalkalden sakini Maykl Messerşmidt istiqamətləri almaq üçün "Google Maps"dən istifadə edib. O, qeyd edib ki, oradakı adı açıqlanmayan magistralın 160 metrlik hissəsi “Hitler küçəsi” adlanır”, deyə nəşr yazır.
Daha sonra "Google" qeyd edib ki, müraciətdən sonra girişi dərhal siliblər. Onlar izah edib ki, xidmət müxtəlif mənbələrdən, o cümlədən yerli hakimiyyət orqanlarından məlumat toplayır. "Bild" hesab edir ki, bəzi istifadəçilər küçənin adını dəyişdirə bilərdi.
Samir