İtaliya baş nazirinin müavini Stoltenberqi "təhlükəli centlmen" adlandırdı

DÜNYA
20:00 / 27.05.2024
322

İtaliyanın baş nazirinin müavini Matteo Salvini NATO-nun baş katibi Yens Stoltenberqi Ukraynanın Rusiya ərazisini Qərb silahları ilə vurmasına icazə verilməsinin zəruriliyi ilə bağlı bəyanatından sonra təhlükəli adlandırıb. 

HİT.az bu barədə "RİA Novosti"yə istinadən xəbər verir.

Onun fikrincə, "bu centlmen təhlükəlidir". Çünki III Dünya müharibəsi və Qərb ölkələrinin silahları ilə Rusiyanın daxilində zərbə endirmək ehtimalı barədə danışmaq ehtiyatsızlıqdır.

"Ona görə də kim onu ​​dayandıra bilərsə, qoy dayandırsın", deyə Salvini bildirib.

"The Economist"ə müsahibəsində Stoltenberq deyib ki, Ukraynanın müttəfiqlərinin ölkəyə tədarük edilən silahların istifadəsinə qoyduğu bəzi məhdudiyyətləri aradan qaldırıb-gətirməmələri barədə düşünməyin vaxtı çatıb.

Mayın 27-də NATO Parlament Assambleyasının sessiyasında alyansın baş katibi bəyan edib ki, Ukraynanın müttəfiqləri tərəfindən ötürülən silahlar artıq Qərb silahları deyil, ona görə də Ukrayna qoşunlarının Rusiya ərazisindəki hərbi obyektlərə onları vurmaq hüququ var.

Samir

0