Rusiyanın Əməkdar artisti Ramila İskəndər ötən il Moskvada iki kiloqram narkotik maddə ilə saxlanılmışdı.
HİT.az xəbər verir ki, ötən gün aktrisaya hökm oxunub. O, 6 il 6 ay müddətinə həbs olunub. Məhkəmə onu xüsusilə böyük narkotik satışına cəhddə təqsirli bilib.
Qeyd edək ki, Ramila İskəndər rus seriallarında və filmlərində rolları ilə tanınır. Sənətçi milliyətcə tatardır.