Mənzillərin qiymətinin bahalaşmasına səbəb nədir? - Ekspert DANIŞDI 

İQTİSADİYYAT
11:29 / 29.05.2024
515

"Ölkəmizdə mənzillərin bahalaşmasının bir neçə səbəbi var".

Bu sözləri iqtisadçı ekspert Xalid Kərimli Hit.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, insanlar investisiya üçün başqa yer tapmırlar:

"Qiymətli kağızlar bazarı, eləcə də sahibkarlıq üçün rəqabət mühiti o qədər inkişaf etməyib ki, şirkət qursunlar və ya şirkət səhmlərini alsınlar. 

Həmçinin, şəhərdə torpaqlar məhdudlaşdıqca torpaqların da qiymətləri həddindən artıq bahalaşır. Buna görə də tikintinin mayasının da qiyməti artır. Əvvəllər binalar yanaşı tikilirdi, indi isə təhlükəsizlik və digər səbəblərə görə dövlət standartları sərtləşib. Bu da müəyyən qədər tikinti xərclərini artırır. Həm icazə almaq çətinləşir, həm də o standartlarla tikəndə qiymət baha olur".

351432

Ekspert bildirib ki, tikinti materiallarının da qiyməti bahalaşıb:

"Bu, tikintinin xərclərinə dərhal, mənzillərin satış qiymətlərinə isə bir müddətdən sonra təsir göstərir.  Pulun dəyərdən düşməsi də mənzillərin bahalaşmasına səbəb gətirib çıxarıb.

Eyni zamanda, Rusiya-Ukrayna müharibəsinin də qiymətlərə müəyyən qədər təsiri olub. Rusiyada yaşayan həmyerlilərimiz Azərbaycan daşınmaz əmlak bazarına vəsait yatırıblar. Bundan başqa, ipoteka kreditlərin artması da mənzil bazarında qiymətlərin yüksəlməsi ilə nəticələnib". 

Pərviz

0