Polşa hakimiyyəti Ukrayna ordusunun Polşa silahlarından, o cümlədən Rusiyaya qarşı istifadəsini heç bir şəkildə məhdudlaşdırmır.
HİT.az xəbər verir ki, bunu Polşanın müdafiə nazirinin müavini Sezari Tomçik "Zet" radiostansiyasında bildirib.
"Bizim Ukraynaya verdiyimiz Polşa silahları ilə bağlı heç bir məhdudiyyət yoxdur, ukraynalılar istədikləri kimi döyüşə bilərlər. İnanıram ki, Qərb ölkələri də bu cür məhdudiyyətləri aradan qaldırmalıdır", deyə nazir müavini bildirib.
Onun sözlərinə görə, Polşa Ukraynaya silah ötürməkdə davam edir və artıq Kiyevə 44 hərbi yardım paketi göndərib. "İndi 45-ci paketi hazırlayırıq. Bu gün ümumi xərc 15-20 milyard zloti (3,75-4 milyard dollar) təşkil edir", deyə Tomçik bildirib.
Daha əvvəl NATO-nun baş katibi Yens Stoltenberq demişdi ki, Qərb silahları ilə Rusiya ərazisindəki hərbi hədəflərə hücum etmək hüququ var və müttəfiqlər bu icazəni Kiyevə verməlidir. Stoltenberq həmçinin bildirib ki, bəzi müttəfiqlər müvafiq məhdudiyyətləri aradan qaldırıblar və o, digər məhdudiyyətləri aradan qaldırmağın vaxtının yetişdiyinə inanır.
Rusiya Federasiyasında Qərbdə Rusiya ərazisinə zərbələr endirilməsi ilə bağlı bəyanatları şərh edərkən, onları ehtiyatsızlıq adlandırıb və Moskva ilə birbaşa hərbi qarşıdurmaya səbəb olduqlarını bəyan ediblər. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov NATO baş katibinin bəyanatını təxribat adlandırıb. Onun sözlərinə görə, prezident və hərbçilər Rusiyanın öz ərazisindəki hücumlara mümkün cavabını bilirlər və müvafiq cavab tədbirləri görürlər.
Samir