Xalq artisti: "Əməliyyat olunmalıyam, hələ dözürəm"

MƏDƏNİYYƏT
13:27 / 29.05.2024
1232

"Qolumda şiddətli ağrılar yaranmışdı. Həkim dedi qolunda vətər cırılıb,əməliyyat olunmalısan".

Bu fikirləri Hit.az-a Xalq artisti Naibə Allahverdiyeva səsləndirib.

O qeyd edib ki, qol ağrısı  onda aylar öncə yaranıb. Müalicə etdirsə də nəticəsi olmayıb.

"O dərəcədə ağrı var ki, avtomobil də sürə bilmirəm. Ayaqlarımda ağrı az idi, indi də qolumda problem yaşayıram. Amma dostlarımın diqqəti bütün ağrılarımı unutdurur. Dünən mənə təntənəli ad günü keçirdilər, günümü gözəlləşdirdilər. Özümü çox xoşbəxt hiss etdim" -deyə aktrisa bildirib.

Murad

0