Bayden Rusiyaya zərbə endirmək üçün ABŞ silahlarından istifadəyə qoyulan qadağanı ləğv edə bilər

DÜNYA
15:23 / 29.05.2024
292

ABŞ prezidenti Co Bayden Rusiya ərazisinə zərbələr endirmək üçün ABŞ-ın verdiyi silahlardan istifadə üçün Ukraynaya qoyulan məhdudiyyətlərin aradan qaldırılması imkanlarını araşdırır. 

HİT.az xəbər verir ki, bu barədə "Washington Post" yazıb.

Materialda qeyd edilir ki, Rusiya Silahlı Qüvvələrinin Ukraynadakı uğurlarına qarşı çıxmaq üçün Bayden administrasiyası iki variantı nəzərdən keçirir: silah istifadəsinə qoyulan məhdudiyyətləri aradan qaldırmaq və Çini Moskvanı texnologiya ilə təchiz etdiyinə görə cəzalandırmaq.

"Rusiyanın Ukraynadakı irəliləyişlərinə qarşı çıxmaq üçün prezident Bayden iki sərt yeni əks tədbiri nəzərdən keçirir: Çini Moskvaya əsas texnologiyalar tədarük etdiyinə görə cəzalandırmaq və Ukraynanın Rusiya daxilində hücum üçün ABŞ-ın qısa mənzilli silahlarından istifadəsinə qoyulan məhdudiyyətləri aradan qaldırmaq", deyə mətndə qeyd edilir.

WP-nin fikrincə, Vaşinqton belə qərarlar qəbul edərsə, bu, Bayden administrasiyasının Ukraynaya yardım məsələsində əvvəllər təsdiqlənmiş siyasəti fonunda eskalasiyaya çevriləcək. Müəlliflər belə məsələlərin tədqiqi göstərir ki, Ağ Ev Ukrayna Silahlı Qüvvələrinin təmas xəttindəki mövqeyindən getdikcə daha çox narahat olur.

Bundan əvvəl Dövlət Departamentinin sözçüsü Metyu Miller demişdi ki, Amerika hakimiyyəti Ukraynanın Rusiya ərazisinin dərinliklərinə zərbələr endirmək üçün ABŞ silahlarından istifadə etməyi qadağan etmək məsələsində mövqeyini dəyişmir.

Samir

0