Taliban Rusiyanın Ukrayna böhranı ilə bağlı mövqeyini dəstəkləyir

DÜNYA
16:09 / 29.05.2024
239

Taliban hərəkatının nümayəndələri Rusiyanın Ukrayna münaqişəsi ilə bağlı mövqeyini dəstəkləyir. 

HİT.az xəbər verir ki, bunu Rusiya prezidentinin Əfqanıstan üzrə xüsusi nümayəndəsi, Rusiya Xarici İşlər Nazirliyinin ikinci Asiya departamentinin direktoru Zamir Kabulov "Soloviev Live" telekanalının efirində deyib.

"Taliban Ukrayna böhranı ilə bağlı Rusiyanın mövqeyini açıq şəkildə dəstəkləyirlər. Onlar bu prosesin səbəblərini və nəticələrini başa düşürlər, sözdə və ruhda bizim tərəfimizdədirlər", deyə diplomat bildirib.

Kabulov onu da vurğulayıb ki, Taliban ya onunla, ya da Rusiyanın Kabildəki səfiri ilə təmaslarda öz mövqeyini bildirir.

Mayın 27-də Rusiya Federasiyası Xarici İşlər Nazirliyi və Ədliyyə Nazirliyi Rusiya prezidenti Vladimir Putinə məlumat verib ki, Taliban qadağan olunmuş təşkilatlar siyahısından çıxarıla bilər. Ertəsi gün Rusiya lideri Talibanla münasibətlərin qurulmasının vacibliyindən danışıb.

Dövlət başçısı qeyd edib ki, hazırda Əfqanıstanda Taliban hökumətidir. Prezident həmçinin bildirib ki, Taliban hərəkatının tanınması məsələsi daim müzakirə olunur.

Taliban 15 avqust 2021-ci ildə Əfqanıstanda tam nəzarəti ələ keçirdiyini açıqlayıb. Hərəkat ölkənin bütün böyük şəhərlərini və sərhəd keçid məntəqələrini ələ keçirib. Ardınca yaraqlılar ölkədə tam qələbə qazandıqlarını elan edərək yeni hökumət qurublar.

Samir

0