Moldova müxalifətinin "Qələbə" blokunun bütün rəhbərliyi, o cümlədən Moldova tərkibindəki Qaqauz muxtariyyətinin rəhbəri Yevgeniya Qutsul siyasi assosiasiyanın iyunun 9-da Moskvada keçiriləcək qurultayında iştirak edəcək.
HİT.az xəbər verir ki, bu barədə blokun lideri İlan Şor bildirib.
"Blokun bütün rəhbərliyi qurultayda iştirak edəcək. Əlbəttə ki, Qutsul da orada olacaq", deyə İlan Şor bildirib.
İlan Şor həmçinin bildirib ki, son altı ayda Qərb ölkələri Moldovaya 500 milyon dollar dəyərində silah veriblər:
"Mən bilirəm ki, son altı ayda Moldovaya yarım milyard dollar dəyərində silah gətirilib. Qərb həmişə olduğu kimi, öz əlləri ilə deyil, müharibə platformaları yaratmağı sevir".
Onun sözlərinə görə, respublikada cəmi 1 milyon 800 minə yaxın insanın yaşamasına və əksəriyyətinin pensiyaçılar olmasına baxmayaraq, Qərb ölkələri də Moldovanı belə bir taleyə hazırlayır.
Mayın 29-u günortadan sonra İlan Şor Moldovada payızda keçiriləcək seçkilərdə seçicilərin hüquqlarının pozulması halı olarsa, müxalifətin küçələrə çıxacağını bildirib.
Mayın 28-də o, elan edib ki, Kişinyovda avropayönlü hökumətin təqibləri fonunda müxalifətdə olan "Qələbə" bloku iyunun 9-da Moskvada ikinci qurultay keçirəcək. Həmin gün Moldovada müxalifət partiyası olan "Şans"ın lideri Aleksey Lunqu Kişinyov hava limanında saxlanılıb.
Mayın 27-də Yevgeniya Qutsulun tərəfdarları Kişinyovda keçmiş Şor Partiyasının maliyyələşdirilməsinin pozulması ilə bağlı işə baxan rayon məhkəməsinin binası yaxınlığında piket keçiriblər. Qaqauziya rəhbəri bundan əvvəl Moldova prezidentinin siyasi repressiyalarından danışıb.
Samir