Azyaşlıları sükan arxasında əyləşdirmək düzgündürmü?

SOSİAL
20:04 / 29.05.2024
501

Ölkəmizdə qanunlar 18 yaşından aşağı şəxslərə avtomobil idarə etməyə icazə vermir. 

Buna baxmayaraq, bu gün yollarda 13, 14 yaşlı uşaqların da maşın sürdüyünü görmək olur. 

Hətta bu günlərdə azyaşlı uşağın sükan arxasında olması ilə bağlı sosial şəbəkədə görüntü yayıldı. Bu kimi hallar  bir çox halda problemlərə səbəb olur. 

Nəqliyyat eksperti Aslan Əsədov Hit.az-a açıqlamasında bildirib ki, qanunlar 18 yaşından aşağı şəxslərə avtomobil idarə etməyə icazə vermir: 

“Azyaşlının magistral yolda avtomobil idarə etməsi yolverilməzdir. Azyaşlını sükan arxasında oturdan  60 manat cərimə olunur. Bunu edən şəxs bilmir ki, maşın idarə etməyi uşağa həvalə etməklə özünün, övladının, həm də yolda hərəkət edən digər şəxslərin həyatına təhlükə yaradır”.

Sevinc

0