Kimsə kiminsə kitabını oxuyur?

ÖLKƏ
21:47 / 29.05.2024
327

Son zamanlar kitab yazanların, dərc etdirənlərin sayı həddən artıq çoxalıb.

Kimə baxırsan, kitab dərc etdirir. Sosial medianın at iynatdığı bir dövrdə kitaba olan həvəs sevindirərdi, əgər oxuyanların sayı yazanlar və nəşr evləri qədər olsaydı.

Bu mövzuda danışanda ziyalılar deyir ki,  kitabın sayının çox olması yox, mahiyyətinin dərin olması, keyfiyyəti önəmlidir.

Yəni, nəşriyyatdan çox şey asılıdır, seçməlidir, elə olmalıdır ki, nəşriyyatın loqosu brend olsun, insanlar bilsinlər ki, həmin nəşr evinin kitabıdırsa, keyfiyyətinə söz ola bilməz. Nəşr evləri isə deyirlər ki, adamın pulu varsa, kitab dərc etdirir, hamımız qazanırıq, bunun nəyi pisdir?

Kitab alınmırsa, səbəbi onun baha olmasıdır. Çünki kitab dərci üçün xammal xaricdən gəlir, məsrəfi çox olur.

Bax belə. Yazarlar kitab buraxıb, kiçik toy edirmiş kimi imza günü keçirirlər. 5-10 dost tanış da gedib alıb, sonra da atır bir kənara. Kitab da var, yazar da var , naşir də. Amma 50 il öncəki kimi oxucu yoxdur. Yəqin heç olmayacaq. Çünki, dövr dəyişib.

Murad

0