Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı ilə görüşüb.
HİT.az xəbər verir ki, bu barədə türkiyəli diplomat "X" sosial şəbəkəsindəki səhifəsində paylaşım edib.
“Hikmət Hacıyevlə görüş həmişə olduğu kimi, səmimi şəraitdə keçdi. Qardaş Azərbaycanla müttəfiqlik əlaqələri və regiondakı vəziyyəti müzakirə etdik”, - paylaşımda qeyd edilib.
Bugün Dışişlerinden Sorumlu Cumhurbaşkanı Yardımcısı Sayın Hikmet Hacıyev ile makamında bir görüşme gerçekleştirdim.
— Cahit Bağcı (@cahitbagci) May 29, 2024
Sayın Hacıyev ile her zaman olduğu gibi samimi bir havada geçen görüşmemizde kardeş Azerbaycan ile müttefikliğimize ilişkin hususları ve bölgesel gelişmeleri ele… pic.twitter.com/61tEk2gz86