Əminə Məlikovaya yüksək vəzifə verildi

MƏDƏNİYYƏT
12:39 / 30.05.2024
1409

Sənətşünas, Əməkdar mədəniyyət işçisi Əminə Məlikova Azərbaycan Milli Xalça Muzeyinin yeni direktoru təyin olunub.

HİT.az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, mədəniyyət nazir Adil Kərimli bununla bağlı müvafiq əmr imzalayıb.

Əminə Zakir qızı Məlikova 2000-ci ildə Jurnalistika ixtisası üzrə bakalavr, 2007-ci ildə iqtisadiyyat və menecment ixtisası üzrə magistratura pillələrini bitirib. 2016-cı ildən sənətşünaslıq üzrə fəlsəfə doktorudur.

1999–2009-cu illərdə Muzey Mərkəzinin Beynəlxalq əlaqələr və mədəni inkişaf şöbəsinin müdiri, 2009–2018-ci illərdə Azərbaycan Milli İncəsənət Muzeyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri, direktor müavini vəzifələrində işləyib. 2018-ci ildə "İçərişəhər" Muzey Mərkəzinin direktoru təyin edilib.

Ə.Məlikova 2023-cü ildən son təyinatadək Heydər Əliyev Mərkəzi Tədbirlərin və sərgilərin təşkili departamentinin direktoru vəzifəsində çalışıb.

0