Havalar istiləşdikcə hansısa istirahət məkanında, bulaq başında kabab çəkmək ən sevdiyimiz məşğuliyyətlərdən biridir.
Bundan əlavə ilin bütün fəsillərində qonaqlıqlarda, ziyafətlərdə, toy-nişan mərasimlərində kababın verilməməsindən söz belə gedə bilməz.
Birsözlə Azərbaycan xalqı kababı sevir.
Dietoloq Leyla Sarıyeva Hit.az-a şərhində deyib ki, çox qızardılmış ət yeyən insanların mədələrində xərçəng yaranma ehtimalı yüksəkdir. Daha çox odun üzərində, kömürlə təmasda olan yeməklərdən istifadə zamanı əmələ gəlir:
“İndi əksər heyvanların ətində çox sayda təhlükəli mikrob və bakteriyalar olur ki, bunlar da kabab, dönər, kolbasa, qızartma kimi yeməklərlə orqanizmə keçir. Bu bakteriyalardan 4-ü hətta qaynadıqda belə ölmür. Üstəlik əti çeynəyən dişlərə də çox yük düşür. Ətin qaydanıdalara yeyilməsi daha məqsədəuyğundur”.
Sevinc